Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 422 ictimai iaşə obyektində 730 monitorinq keçirib.
AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, İldirim 30b ünvanında yerləşən, fiziki şəxs Xanlarov Ceyhun Qalib oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 241ünvanında yerləşən, fiziki şəxs Bayramov Rüfətə məxsus “Grand Pub” kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, H Cavid pr. 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 180A ünvanında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus kafe;
5. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Yaqub oğluna məxsus kafe.