"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir".
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.
Nazir bildirib ki, icbari tibbi sığorta haqları üzrə 5 ayda dövlət büdcəsinə 216,8 mln manat vəsait ödənilib: "Bu, proqnoza nisbətən 10,7% çoxdur".