Bu gündən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha 5 iş adamına pomidor tədarükünə icazə verib.

Mia.az xəbər verir ki, bununla da Mirzəzadə Elçin Yaşar oğlu, “CTC Holdinq” ASC, “Local Garden” MMC, Quliyev Elman Yusuf oğlu və Babayev Gülməmməd Həmdulla oğlu Rusiyaya pomidor idxalına rəsmi hüquq qazanıblar.