Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 359 ictimai iaşə obyektində 1 056 monitorinq keçirib.
AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Mürşüdov Camal Mürşüd oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küç., ev 2075 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mübariz İlyas oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəs., Yesenin 81a ünvanında yerləşən, fiziki şəxs Həmidli Fəxrəddinə məxsus "Khalça" restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus "Quzu Qabırğa" restoranı;
5. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Kərimov Əlmirzə Abdulla oğluna məxsus kafe;
6. Gəncə şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Tural Şahin oğluna məxsus kafe.