Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 13-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.