Aprelin 1-də Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.