"Hesabında ("Unibank"da) olan 10 manatı başqa bankamatdan (Beynəlxalq Bankdan) çəkdiyinə görə 3,5 manatın tutulması bankçılıq deyil, istismarçılıqdır. Bunun üçün 35%-lik əməliyyat xərci isə də xidmət deyil, müştərini özünə qul etməkdir".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Məhəmməd Talıblı "Feysbuk"dakı hesabında yazıb.
O bildirib ki, sağlam bank sistemi qurulmayana qədər banklar diktə edəcək, müştəri tabe olacaq: "Sağlam bankçılıq qurulanda, banklar kral yox, müştəri (istehlakçı) kral olacaq".
Mia.az