"İşğaldan azad edilmiş ərazilərimizdə sahibkarlıq fəaliyyətinin və reallaşdırılacaq layihələrin dəstəklənməsi məqsədilə İqtisadiyyat Nazirliyinə 470-ə yaxın müraciət daxil olub".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukdakı hesabında yazıb.

O bildirib ki, layihələrin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir.