Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 531,0 kq qızıl, 806,5 kq gümüş istehsal edilib.

Mia.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 20,2 %, gümüş istehsalı 5,8 % az olub.

Bu ilin martın 1-nə 401,3 kq qızıl, 201,8 kq gümüş ehtiyatı yaranıb.