Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.