"8 ildir bu sahədəyəm, gəldiyim gündən ancaq qınaq, tənqid. Tənqidə açığam, amma orada təhqir, işim məsxərəyə qoyulanda düşünürəm ki, bəstəkarın da, dinləyicinin də əməyi yerə vurulur. İllərdir susuram, bəzən düşünürlər ki, başa düşmür cavab vermir. Çox gözəl cavab verərəm. Sadəcə onlarla onların dilində danışa bilmərəm. Böyükdür, eyibdir".
Bu sözləri müğənni Damla "Səhər mərkəzi" proqramında deyib. İfaçı Əməkdar artist Elza Seyidcahanın onun haqqında dediklərinə münasibət bildirib:
"Mən bir yana, dinləyicini təhqir edirlər. Deyir, kimdir səni dinləyən? Kitab oxumayanlar sənə qulaq asırlar. Əsir düşən hərbçimiz Amin, digər qazilər məni görmək istəyirdi. Getdim, görüşdüm hamısıyla. Sizlər onları təhqir edirsiz?
Özlərinə peşəkar, pedoqoq, konservatoriya bitirmişəm deyənlər, məni təhqir edir. Dinləyici ilə nə işiniz var?İnstaqramda sənət dostlarımı izləyirəm. Müğənni paylaşdığı şəklə şərh yazır. Baxıram ki, bir cümləsində 7-8 hərf səhvi var, cümlə tamamlanmır. Dəhşətə gəlirəm ki, yazdığında on səhv buraxan qüsur tutub, eyib axtarır. O yazı ilə mənən və qeyrisinə ultimatım göndərirsən. Əlifbadan xəbəri olmayan efirdə mənə barmaq sallayır, deyir arxasıyca savadsız kütlə aparır. kateqoriyalara bölürlər, "biz A klass adamların ifaçısıyıq" deyirlər. Mən nə qədər obraza girə bilərəm? Oğlumu dərsə aparıram, marketə gedirəm. Obraza girsəm, üzümü qırış basar.
Deyirlər sosial şəbəkədə təhqir yazırlar. Bir Xalq, Əməkdar artist bizi söyürsə, tamaşaçı da ondan güc alır. Deyir, işyoldaşı bunu söyürsə, biz də edək.
Allah sənə zirvəni yaşadır, orada qalmaq sənin borcundur. Mən də onlarla onların dilində danışsaydım, məni sevəcəkdilər. Kobud rəftar etsəydim, deyəcəkdilər, xatalı adamdı, qadasın alım, işim olmasın. Sənin susmağını elə başa düşür ki, zirvədədir. Demir ki, abrıma qısılıram, deyirəm, bəlkə susa. Heç olmasa dövlətin sənə verdiyi fəxri adı kölgədə qoyma, ona sahib çıx".
Proqram zamanı aparıcı Tural Əsədov "Etiraz etmirsənsə, Elza Seyidcahana zəng edək" sözlərini söyləyib. Damla isə etiraz edib və "Onunla heç bir ədavətim yoxdur. Teatr üçün yazdığı bir mahnısı var, sevirəm. Onun yaradıcılığına şübhə etmək, savadsızlıqdır. Sevməyə, dinləməyə bilərsən. Amma başqa cür yanaşmaq lazımdır. Bizdə yanaşma tərzi yanlışdır. Canın yanırsa,d ediklərində haqlısansa, ayda yaşamıram zəng et, denən dərsimə gəl. Elə danışır ki, özüm də zəng vurmuram" sözlərini söyləyib/Axsam.az.