"Əvvəl Əli Mirəliyevlə duet oxudum. Adımıza söz çıxdı. Həyat yoldaşım Çingiz qısqandı, mənə qadağa qoydu. Bir müddət müğənnilikdən getdim".
Bu sözləri Əməkdar artist Ryhəngiz Musəvi "Xəbər-ətər" proqramında deyib. Müğənni bildirib ki, həyat yoldaşı onu müğənni Əli Mirəliyevə qsıqanıb.
R.Musəvi daha sonra plastik əməmliyyat etdirən ifaçıları tənqid edib: "Məni görürlər, deyirlər, efirdəkilər niyə belə edir? Çox vaxt da irad tuturlar ki, niyə dəyişmirsiz? Dodaqlarımı şişirdim? Burnumu yüz dəfə əməliyyat edim? Hamısı da bir-birinə oxşayır. Sənəti olan mədəniyyətə hörmət etməlidir. Efirə çıxırsınızsa, arxanı çevirmək olmaz. Mədəniyyətsizlikdir, hörmətsizlikdir. Özünüzü gedin başqa yerdə reklam edin: birində təbii, birində sünidir. Heç vaxt danışmamışam, indi deyirəm. Dəyişiklik saç düzümüdür? Makiyaj etsəm, çoxlarından gözəl olaram"/Axşam.az