"Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bildirib.
Nazir ötən il onların sayının 24 % artdığını qeyd edib: “2020-ci il ərzində onların sayı 24 %-dən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17 %-dən çox artım olub”.