Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan Mia.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar ayında AÇG yatağından 244,946 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
O cümlədən, hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar ayında əldə olunan gəlir 3,538 milyon ABŞ dolları təşkil edib.