Əməkdar artist Cavanşir Məmmədov “Həmin Zaur” verilişində qonaq olub.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi bahalı aksessuarlarını satdığını deyib: “Saatım Hollandiyada 114 min avro idi. Üzüyümün qiymətini bilmirəm, hədiyyədir. İkisini də indi satıram. İkisinə 50 min versələr, razıyam. Pandemiyadır, pul yoxdur”.
Aparıcı Zaur Kamal isə müğənniyə "Siz qara gününüzü düşünən insansınız. 10 il toy olmasa da, xımır-xımır qazandığınızı yeyərsiniz", - deyə cavab verib.