"Azərbaycandan ixracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur".
Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, ümumilikdə, 2025-ci ilə qədər qeyri-neft ixracının 2 dəfə artırılması hədəflənir.