Türkiyə Futbol Federasiyası (TFF) "Rizəspor"un şikayəti əsasında "Qalatasaray"ı cəzalandırıb.

Mia.az xəbər verir ki, buna səbəb "Rizə"nin sabiq oyunçusu, ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək "Qalatasaray"a keçən Oğulcan Çağlayanla bağlı problem olub.

TFF klubun şikayəti əsasında "Qalatasaray"ı 1,2 milyon avro cərimə edib, Oğulcanı isə 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.