"Zaman keçdikcə hər şeyin irəli getdiyini deyiriksə, niyə bəs əsl musiqi illər öncə tükənmiş sayılır. İndi belə əsərlər çox nadir, hətta deyim ki, tapılmır. Bilirəm, haradasa Qərbdə doğulsaydım, dünya şöhrətli və çox varlı ifaçı olardım. Maraqlıdır, Azərbaycanda olan "show-bazar" nə vaxt ekran dəbindən yığışdırılacaq?".
Bu sözləri Əməkdar artist Səbinə Babayeva sosial şəbəkədə yazıb.
Müğənni ifalarından birini yayımlayaraq son vaxtlar bəstəkarların yaxşı mahnı yazmamasından gileylənib:
"Bəstəkar bu cur yazmır artıq. Yaza bilənlər ya getdilər Bakıdan, ya da ruhdan düşüblər ki "Mən yazdığım mahnı bu gün hit olmaz". Çünki ortada Hind-Pakistan mahnıları "xod" gedir. İnsanlar əl çalır, "ulduzumuzdur" deyir".
Axsam.az