İngiltərənin "Mançester Siti" klubunun daha üç üzvündə koronavirus aşkarlanıb.
Məlumata görə, qapıçı Skott Karson, yarımmüdafiəçi Koul Palmer və klubun bir işçisinin testi müsbət olub.
Həmin şəxslər dərhal karantinə alınıb.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti"də 7 nəfərin koronavirusa yoluxduğu məlum olub/Report.