Beynəlxalq Gimnastika Federasiyası (FIG) ukraynalı idmançı Oleq Vernyayevi cəzalandırıb.

NBC telekanalı xəbər verir ki, 27 yaşlı gimnast müvəqqəti olaraq, yarışlardan kənarlaşdırılıb.

FIG diskvalifikasiyanın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olmuş Oleq Vernyayev eyni zamanda dünya və altıqat Avropa çempionudur. O həmçinin 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarında qızıl medal qazanıb/Report.