İspaniyanın "Barselona" klubunun iki nümayəndəsi koronavirusa yoluxub.
Klubun rəsmi saytında xəbər verilib ki, bu səbəbdən əsas komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib.
Virusa yoluxan şəxslərin adları açıqlanmayıb. Klub nümayəndələri və futbolçular bu gün yenidən testdən keçəcəklər.
Qeyd edək ki, "Barselona" yanvarın 6-da La Liqada "Atletik" (Bilbao) ilə qarşılaşmalıdır.