AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.
Mia.az AFFA-ya istinadla xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
"Zirə"nin heyətində isə Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq qovulub. Nəticədə müdafiəçiyə 1 oyunluq cəza verilib. Klub isə 200 manat cərimə ödəyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.