"Toylara gedirdim, yaradıcılığımdan uzaq düşürdüm. Sənətimdən uzaq qalırdım. İnsan var toy olanda sevinirdi, mən yox. Vaxtımı alırdılar. Parçalanıram, sənətimdən ayrılıram. Tarixdə yaşamaq üçün insanın rəssamlığı, bəstəkarlığı olmalıdır".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Anamın yeməyindən yoxdur" verilişində deyib. Müğənni karantində toyların ləğv edilməsinə sevindiyini deyib:
"Sənətkarlar ac qalmırlar. Onların sənəti onları qidalandırır. Bir əsər ərsəyə gətirəndə, elə bilirəm bir qazan plov etmişəm. Sənətini pula satanlar indi acından ölürlər, pis gündədir. Ağlayırlar ki, pul yoxdur. Qorxurlar bir qızılı, evi, maşını azalacaq. Anam hər zaman deyir ki, pulu sənətə xərcləyirsən. Deyirəm ki, insanın əmlakı, obyekti, sərmayəsi elə sənətidir"/Axsam.az.