İngiltərənin “Vest Bromviç” klubunda gözlənilən ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Slaven Biliçlə birgə bütün məşqçilər korpusu istefaya göndərilib. 

Rəhbərlik dünən “Mançester Siti” ilə bərabərə qalmasına (1:1) baxmayaraq, komandanın uğursuz mövsüm keçirməsini nəzərə alaraq, xorvatiyalı mütəxəssislə müqaviləyə xitam verib. Biliçin əvəzinə Sem Ellardaysın gətirilməsi gözlənilir.

Qeyd edək ki, “Vest Bromviç” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.