İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ"la oyununun təxirə salınmasına münasibət bildirib.
Mia.az Report-a istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssis matçın keçirilməsinin tərəfdarı olduğunu söyləyib.
İspaniyalı baş məşqçinin sözlərinə görə, böyük komandalar üçün bu cür turnirlərdə hər bir görüş vacibdir: "Qrupda son matçımızı oynamaq istərdik. Amma məlum səbəbdən qarşılaşma təxirə salınıb. Yekun qərarı UEFA verəcək. Hamımız gözləyirik".