Türkiyənin "Başakşehir" klubunun məşqçisi Pyer Vebo UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun PSJ ilə matçında texniki zonada yer ala biləcək.

Məlumata görə, 38 yaşlı mütəxəssisin qırmızı vərəqəsi dondurulub.

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matç bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.