Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Mia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ağdam klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş tutmayacaq.