Müğənni Roza Zərgərli obyektiv qarşısına keçərək yeni fotosessiya etdirib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçinin şəkillərini fotoqraf Elmir Mikayılov lentə alıb.

Zərgərli bildirib ki, şou-biznesdə durğunluq olsa da, yeniliklərlə yaradıcılığını gündəmdə saxlamağa çalışır:

"Durğunluq bizi depressiyaya salıb. Əslində, depressiyaya düşən insan deyiləm. Amma indi bilmirik qarşıda bizi nə gözləyir. Ümidsizlik baş alıb gedir. Koronavirusa yoluxan dostlarımız, tanışlarımız çoxalır. Gözəgörünməz düşmənlə mübarizə aparmaq çətindir. Biz sənət adamlarının borcudur ki, yaradıcılığını aktual saxlasın. Ona görə də çalışıram fotosessiyalarla, yeni mahnılar və kliplərlə tamaşaçılarıma nəsə təqdim edim. Bu dəfə də fotosessiyamla izləyicilərimin qarşısına çıxıram. Növbədə yeni mahnılar var".