Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov koronavirusdan sağalıb.

Məlumata görə, 25 yaşlı müdafiəçinin son testi mənfi çıxıb. Hazırda Xorvatiyada olan oyunçu bu gün Türkiyənin İstanbul şəhərinə uçaraq, "Qarabağ" klubunun düşərgəsinə qoşulacaq.