Əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimi Argentina prezidentinin rəsmi iqamətgahında baş tutacaq.

Məlumata görə, tədbirdə böyük kütlə olacaq.

Mərasimdə təxminən 1 milyon insanın iştirakı gözlənilir və hazırda təşkilati məsələlər nəzərdən keçirilir. Mərasim mərhumun ailəsi ilə artıq razılaşdırılıb. Dieqonun cənazəsi artıq prezident sarayına aparılıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində vəfat edib/APAsport