Tanınmış aktrisa Pərvin Abıyeva hərbi geyimdə fotolarını paylaşıb.
Sosial şəbəkə hesabında görüntülərini izləyiciləri ilə bölüşən aktrisa məşhurların forma ilə şəkil çəkdirməyinin insanları qıcıqlandırdığını qeyd edib:
“Neçə vaxtdır görürəm ki, forma ilə çəkilən şəkillər sizləri qıcıqlandırır. Anlayıram, amma indi elə "period"dayıq ki, xalq olaraq başqa cür şəkillər paylaşmaq inanın ki, mənim də içimdən gəlmir. Dostlar, ona görə də rəy yazarkən diqqətli olun. Bizim bir düşmənimiz var, o da erməni!”.
Sənətçi fotoşəkillərin əsgərlərə sovqat apardığı zaman çəkildiyini bildirib:
“Bu şəkilləri isə Tərtər rayonuna əsgərlərimizə sovqat apararkən orada vətənə qulluq edən əsgərimiz, həm də manqa komandiri-hesablayıcı vəzifəsində olan, eyni zamanda orada baş verən hər şeyi lentə alan Mahmud dostumuz çəkib, mənə yollayıb. Şəhidlərimizə sonsuz rəğbət və rəhmət diləyi ilə...”