Məşhur türk yazarı, professor, xanım siyasətçi Banu Avar yeni kitabını oxuyandan bəri özlüyümdə çox məsələlərin həllini tapdım. Kitabın adı "Kaçın, Demokrasi Geliyor". 


Kitabın əsas süjet xətti demokratiyaya doğru getmək istəyən ölkələrindən bəhs edir. Kitapda məşhur "Örgüt şirkətləri”nin adı, onlarin "təməl prinsiplər”i zəif olan ölkələrdəki gizli və aşkar fəaliyyətləri gözəl təhlil olunub. 

Dəyişim Akademiyası...

Bu Akademiyanın siyasəti nədir, nədən söz açır, nədən bəhs edir? Kitabda bunlar necə xarakterizə olunub? İlk olaraq kitabda Misiri kim və hansı qüvvələrlə devrildiyi yazılır:"Misirdə xalqı örgütləyənlərdən biri Əhməd Mahər və dostları Xalq Devrimləri məsələsində güclü öyrədilmişdir. Yuqaslaviyada Miloseviçi devirən "OTPOR" örgütündən ilhamlanırdılar. Arxalarında mərkəzi Qətərdə olan bir məktəbi vardır. Adı Dəyişim Akademyasıdır.

Dəyişim Akedemiyası Qlobal şüarlarla ölkələrdə devrim, dəyişim istəyirdi. Çox sayda ölkələrdən fəalları, öz ölkələrindəki liderləri hansı yönlə devirəcəkləri, yollarını öyrədən bir məktəbdir.

Tunis və Misirdəki hərəakatlar, Dəyişim Akademiyasının tələbələri idi. "OTPOR"un Qətərdə qurduğu bu məktəb Şimali Afrika və Şərq ölkələrinə "Lider"hazırlamağla məşğul olurlar.

«6 Aprel Hərəkatı» da bununla bağlı olan bir hərəkatdır. "OTPOR"un əsas məqsədi də da onlara «taktiki dəstək» vermək idi. Və beləliklə illərlə ac, işsiz buraxılmış, canından bezmiş Misir xalqı da küçələrdə idi.

Mübərəkdən sonra ilk olaraq prezidentlik üçün düşünülən Vail Gonim devrimdən sonra gözlənilmədən "Indilik işim bitdi" deyə, bəyanat verdi. Eh nə də olsa, bu, bir şirkət görəvlisi idi. Son proseslər isə bəllidir...

«OTROP» tanınmış şirkət adıdır. O şirkət ölkələrdə çevriliş üzrə ixtisaslaşıb. Qarışıqlı yaranan ölkələrdəki mitinqlərə ən böyük dəstək də bu şirkətdən gəlir.

Bir çox media əllərində. Bununla bərabər, filmlər,Twiter, Facebook və digər vasitələrlə hədəf ölkələrdəki gəncləri ayaqlanmağa sürükləyirlər. Hədəflərindəki ölkələrində seçdikləri gənc namizədləri Ağ Evə belə, görüşə çağırırlar....".

Faktlara baxaq.

"- Misirdə Mübarəkdən sonra taxta hazırlanan Cəmal Mübarək "Bank of Amerika”da çalışmışdı, lider olmağa hazırlaşdırırdılar.

- Tunisin Zeynəl Abidin bin Ali ABŞ/Fransız bilikli idi. On illərlə taxta qalmışdı.

- Livanın Fuad Sinyorası "City Bank”da çalışmışdı.

- Fələstin maliyə naziri Salam Fayyad, bir zamanlar Amerikan banklarına pul köçürürdü…

"Belə bir anlayışa gəlmək olur ki, hər kəs, hər başqan ABŞ-ın dediyini 2 etməməlidir. Etdisə, işi bitdi. Niyə illrlə işlədikləri başqanları qapı arxasına qoydular? Mübarəki,Qəddafini və s.”.

Kitabda bu vurğu çox sərt qoyulur və açması da gözəl xırdalanır…

…Bu, kitab həqiqətə yol göstərir və ya göstərmir. Bu, əlbəttə, dartışmalı məsələdir. Amma oxumağa və oradan öyrənməyə dəyər çox məqamlar olduğunu deyə bilərəm…