Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.
Ukrayna Premyer Liqasının rəsmi saytı xəbər verir ki, səbəb meydan sahiblərində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.
"Olimpik"də oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb. Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.
Qeyd edək ki, "Olimpik" - "Zarya" matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq/Report.