Moldova yığmasının və "Sabah"ın futbolçusu Yevgeni Koçuk UEFA Millətlər Liqasının qrup məhələsinin VI turunda Kosovoya qarşı oynamayacaq.
Moldova Futbol Federasiyası xəbər verir ki, ötən tur Yunanıstanla matçda (0:2) zədələnən 27 yaşlı yarımmüdafiəçi millinin Priştinaya yollanan heyətindən çıxarılıb.
Onunla yanaşı, Aleksandr Osipov da zədə səbəbindən qarşıdakı görüşü buraxacaq.
Qeyd edək ki, Kosovo - Moldova oyunu noyabrın 18-də baş tutacaq/Report