Xorvatiya millisinin futbolçusu Domaqoy Vidada koronavirus aşkarlanıb.

Xorvatiya Futbol Federasiyası xəbər verir ki, 31 yaşlı müdafiəçi infeksiyaya yoluxduğunu Tükiyə ilə yoldaşlıq matçının (3:3) fasiləsində öyrənib. Hadisə test nəticələri gec gəldiyi üçün baş verib.

Bu səbəbdən, təcrübəli oyunçu ikinci hissənin startında Filip Uremoviçlə əvəzlənib.

Qeyd edək ki, Domaqoy Vida Türkiyənin "Beşiktaş" klubunda çıxış edir/Report.