Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Mia.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Qarabağ"ı qəbul edib.
Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda daha bir oyunu var. 14 xalı olan "Neftçi" isə 3-cü pilləyə geriləyib.