Azərbaycan Premyer Liqasında IX turun startı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan “Sabah” – “Zirə” görüşü baş tutmayacaq.

Buna səbəb meydan sahiblərində koronavirusa yoluxmadır. “Sabah”ın üzvlərində testin müsbət nəticə verməsi oyunun təşkilinə mane olub. Bu, Azərbaycan Premyer Liqasında koronavirusa ilk yoluxma halıdır. Futbolçuların yenidən koronavirus testindən keçməsi matçın baş tutmasına mane olub.