Türkiyənin birinci liqasında çıxış edən "Menemenspor" klubunda 30 nəfər koronavirusa yoluxub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə kubokunda noyabrın 4-də "Erzincanspor"la oyundan əvvəl baş məşqçi Cenk Laleci ilə yanaşı, 5 futbolçu və klubun 2 işçisinin testi müsbət nəticələnib.
"Menemenspor" bununla da klubda son 6 gündə 30 nəfərin testinin müsbət olduğunu açıqlayıb.