"Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir" - Qarabağ icması açıqlama yaydı

"Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir" - Qarabağ icması açıqlama yaydı

SİYASƏT

19.02.2020, 14:41

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.

İcmadan Mia.az-a verilən məlumata görə, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır.

"Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu haqqda press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərədə də şübhə ilə yanaşırlar".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR