Masallıda avtomobil qaçıran keçmiş məhkum tutuldu

Masallıda avtomobil qaçıran keçmiş məhkum tutuldu

KRİMİNAL

10.12.2019, 14:09

Masallıda avtomobil qaçıran şəxs saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, dekabrın 8-də saat 15 radələrində Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus "VAZ-2106” markalı avtomobilin qaçırılması barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov avtomobillə birgə saxlanıllb.
Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR