"İslahatlar bundan sonra da davam edəcək” - Vüsal Qasımlı

19-06-2019 [11:29]
"Pensiyaların da ilin sonuna qədər artımı gözlənilir. Bütövlükdə, maaş artımı sahəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar bundan sonra da davam edəcək”.

Mia.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Prezidentin maaş artımı ilə bağlı imzaladığı sosial inqilabi paketi Azərbaycanda iqtisadiyyata da müsbət təsirlər göstərəcək.


SON XƏBƏRLƏR