14-03-2019 [23:19]
Tanınmış azərbaycanlı iş adamı, "Kievskaya ploşad” şirkətinin Direktorlar Şurasının sədri, nüfuzlu "Forbes” nəşrinin "Rusiyanın ən zəngin 200 biznesmeni – 2018” reytinqində 37-ci yerdə göstərilən Qod Nisanov Oxu.Az-a müsahibə verib.
O, müsahibəsində Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalarla əlaqədar yaranmış vəziyyəti şərh edib.
Nisanov onun dövlət tərəfindən təqib olunması ilə bağlı yayılan şayiələri təkzib edərək, deyilənlərin "iyrənc yalan” olduğunu söyləyib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Son zamanlar bəzi Rusiya və Azərbaycan KİV-də, "Moskva” və "Sadovod” ticarət obyektlərində keçirilən reydlərin bazarın sahibinə bir təzyiq aləti olduğu yazılır. Guya reydlərdən əvvəl sizə Moskvada iri layihələri maliyyələşdirməyi təklif ediblər və siz imtina etmisiniz.
– Reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.
Həmin üç şəxs bizim ticarət meydançalarının icarədarları idilər. Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları "Moskva”, "Sadovod” "Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu, normaldır.
Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki, davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur.
– Bu şayiələr haradan qaynaqlanır və sizcə, bunda kimin və ya kimlərin marağı var?
– Siz mənim Moskvada açdırdığım unikal obyektlər barədə yazmırsınız?
Martın 7-də biz şəhər meri Sergey Sobyaninlə birlikdə paytaxtın mərkəzi inzibati dairəsində, keçmiş Miussk tramvay deposunun yerində "Depo” qastronomik bazarını açmışıq; orada həm fermer bazarları, həm də kafe və restoranlar var. Bu memarlıq abidəsi tərəfimizdən bərpa olunub və yeni Avropanın ən iri qastronom bazarında yeni həyatda təcəlli tapıb. Bu, böyük hadisədir.
Mənim haqqımda yazılan bütün mənfi fikirli məqalələr sifariş xarakterlidir. Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?
Yanvar ayından etibarən onu bağlatmışam. Orada yenidənqurma işləri aparılır. Ən yaxşı sinqapurlu memarlar cəlb olunub, bu, Avropanın ən yaxşı layihəsi olacaq. Bundan başqa, "Zaryadye” parkında mehmanxana, 147 min kvadrat metr sahəsi olan Avropa avtovağzalı inşa olunur.
– Sizin ailənizi ölkə xaricinə göndərdiyinizi yazırlar.
– Mənim ailəm hazırda Moskvadadır, heç yerə getməyə hazırlaşmırıq. 1 150 000 kvadrat metr sahənin yenidən qurulması üzərində çalışıram, həmçinin, "Sadovod” bazarının yenidən qurulması (323 000 kvadrat metr).
Bundan başqa, mən hər zaman Azərbaycandan olan həmvətənlərimə yardım etmişəm və indi də edirəm. Bizim şirkətlər hazırda yeni layihələr üzərində çalışır. Rusiyanın 18 bölgəsində "Food city” kimi iri aqroklasterlərin inşası nəzərdə tutulur. Kazanda layihə, demək olar ki, hazırdır. Moskva vilayətinin Ximki rayonunda aqroklasterin inşasına başlayıblar.
Mənim obyektlərimdə minlərlə azərbaycanlı çalışır. Onlar ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy, Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var.
Bizdə hətta miqrantlara yardım xidməti də var. Bizim hüquqşünaslar azərbaycanlılara yaşayış icazəsi almaqda, sənədlərin rəsmləşdirilməsində hər cür kömək göstərirlər. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir.
– KİV intensiv şəkildə sizin hüquq-mühafizə orqanları ilə bağlı problemləriniz olduğu barədə şayiələr yayır.
– Bizdə hər hansı problemlər ortaya çıxsa, inanın, onu həll edəcəyik. Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq? Ona görə, yaxşı olar ki, mənə qara yaxmaq əvəzinə, mənim timsalımda Rusiyada yaşayan azərbaycanlılara göstərilən böyük dəstəkdən yazsınlar.
– Bəs tərəfinizdən maliyyələşdirilən Azərbaycan layihələri barədə nə deyə bilərsiniz?
– Azərbaycandakı layihələrə gəlincə, Quba rayonuna gedib, bir vaxtlar atam Semyon Nisanovun çalışdığı konserv zavodunun fəaliyyətini bərpa etdim. Ora ən müasir avadanlıq gətirtdim, yeni iş yerləri yaradıldı. Hazırda həmin müəssisədə 200-dən çox insan çalışır. Ora pul qoymuşam ki, insanlar işləsin, ailələrini dolandıra bilsin. Hazırda əlavə layihələr üzərində işləyirik.
Azərbaycan və Rusiyanın dostluq münasibətlərini qoruyub-saxlaması üçün əlimdən gələni edirəm. Yalamada (Xaçmaz rayonunda) Rusiya ilə sərhəddə hazırda "hab” qurulur. Burada başlıca məqsəd azərbaycanlı fermerlərə dəstək olmaqdır.
Orada kənd təsərrüfatı məhsulları qablaşdırılacaq, tez xarab olan məhsulların çox aşağı temperaturlarda dondurulması həyata keçiriləcək. Həmçinin, gömrük baxışı və möhürlənmə həyata keçirilir. Biz bunu Azərbaycan rəhbərliyinin ideyasını dəstəkləmək məqsədilə edirik.
Mən hər zaman yaxşı işlər görməyə, insanlara yardım etməyə çalışmışam və öz prinsiplərimə sadiq qalmışam. Ancaq bəzi insanların bunu gözü götürmür. Çünki onların əllərindən bir iş gəlmir. Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur.
"ARB kanal"da aparıcı ilə müğənni mərcləşdi - 50 min manata
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTOLAR
Məşhur müğənni narkotiklə tutuldu - FOTOLAR
Rusiya MN açıqladı: "Daha iki yaşayış məntəqəsini ələ keçirdik"
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinə yeni müdir təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb