Şriftin ölçüsü / 221 dəfə oxunub

Cəbhədə daha bir düşmən təxribatı: Qazaxda ekskavator atəşə tutuldu - DSX açıqlama yaydı + FOTOLAR

12 Yanvar 2019 [14:46]

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Mia.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən xəbər veirr ki, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub: "Ekskavatora doğru 7,62 millimetr çaplı PK pulemyotundan və 12,7 mm çaplı DŞK pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı.



SON XƏBƏRLƏR