Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

img

17-11-2018 [12:58]


Azərbaycanda KİV nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq əlaqələrin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə "Azercell Telekom” MMC-nin media nümayəndələri üçün təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub. 

Çap, online və elektron mediada çalışan 50 nəfər jurnalist kurslarda iştirak etmək imkanı qazanıb. Dərslər hər biri 10 nəfərdən ibarət 5 qrup olmaqla ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq. Qeyd edək ki, 80 nəfərdən çox media nümayəndəsinin kurslarda iştirak üçün müraciəti qeydə alındıqdan sonra, bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün müəllimlər tərəfindən seçimlər aparılıb.

Qeyd edək ki, Azercell 10 ildir ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Onu da vurğulamaq istərdik ki, fəaliyyətə başladığı gündən etibarən Azercell şirkəti media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır. Həmçinin, bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR