İcra hakimiyyətində jurnalistlərlə görüş keçirildi

img

18-07-2018 [15:48]


Bu gün Nəsimi rayon icra hakimiyyətində media nümayəndələri ilə görüş keçirilib.

Mia.az xəbər verir ki, tədbir Milli Mətbuatın 143 illiyi münasibətilə təşkil olunub. Nəsimi rayon İH başçısı Asif Əsgərov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. O, KİV-lərlə sıx və məhsuldar əlaqələrə hər zaman əhəmiyyət verdiyini qeyd edib: "143 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir”.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.







Digər xəbərlər
SON XƏBƏRLƏR