Şriftin ölçüsü / 1191 dəfə oxunub

Prezident bu şəxsləri komissiyadan çıxardı - Siyahı

14 Noyabr 2017 [10:27]
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibində əvvəlki üzvlərin bir qismi yer almayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Komissiyanın tərkibində sabiq təhsil naziri Misir Mərdanov, Azərbaycanın Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu, xalq şairi Fikrət Qoca, yazıçı Əkrəm Əylisli, "Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin sabiq baş direktoru İsmayıl Vəliyev, Prezident Administrasiyasının humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə, Milli Məclisin sabiq deputatı Nizami Xudiyev, Azərbaycan Prezident Administrasiyasının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Yusif Hümbətovun və digərlərinin adları yoxdur.

Onların yerinə yeni üzvlər təyin edilib.

Qeyd edək ki, Dövlət Dil Komissiyasının əvvəlki heyətinin üzvlərindən bəziləri vəfat edib(report).



SON XƏBƏRLƏR