Şriftin ölçüsü / 166 dəfə oxunub

“Azəriqaz”dan işçilərin maaş etirazına cavab: "Bu proses həmişə belə olub"

10 Avqust 2017 [14:52]
Ötən gün "Azəriqaz” İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin işçilərinin əmək haqlarını almaması haqda məlumat yayılıb. 

Məsələyə aydınlıq gətirmək üçün qurumun mətbuat katibi ilə əlaqə saxladıq.

"Azəriqaz”İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bu informasiyanın yanlış olduğunu bildirib.

Qeyd edib ki, həmişəki kimi öncəki ayın əmək haqqı mərhələli şəkildə, növbəti ayın sonunadək ödənilir: "Bu proses həmişə belə olub. Artıq işçilərin bir qismi əmək haqqını alıb. Bu proses ayın sonunadək mərhələli şəkildə davam edəcək”. 


SON XƏBƏRLƏR