“Azərbaycan Beynəlxalq Bankı”na sığorta agenti lisenziyası verildi – Palatadan qərar

img

17-02-2017 [16:56]


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Bu barədə Mia.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlama verilib.

Bildirilib ki, Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı ABB-nin müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib: "Lisenziya "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR