Vardanyanın məhkəməsi: Zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
GÜNDƏM
12.08.2025, 19:03
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək, cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsində bir sıra ziddiyyətli məqamların olduğu üçün məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edib.
R.Vardanyan vəsatəti müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, müdafiə tərəfinin ziddiyyətli hesab etdiyi hallar müvafiq ekspertizanın predmeti deyil. Ona görə də vəsatət təmin olunmamalıdır.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Sonra məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedib.
Müşavirədən sonra müdafiə tərəfinin vəsatətinə dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, vəsatət təmin olunmayıb. Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət-prosessual qanunvericiliyə əsasən, ekspertiza cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır. Hazırkı prosesdə müdafiə tərəfi ekspertiza yolu ilə müəyyən edilməli olan konkret halları göstərməyib.
Bundan sonra müdafiəçi A.Berman işə baxan hakimlər kollegiyasına etiraz edib.
Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib, hazırkı etirazda da yeni hal yoxdur. Bu səbəbdən etiraz müzakirəyə çıxarılmayıb.
Daha sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Həmid Həmidlinin hüquqi varisi - atası Əlisahib İsgəndərov övladının Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.
Zərərçəkmiş şəxs Şəmistan Yusiflinin hüquqi varisi – atası Şükran Əmənov övladının Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib.
Zərərçəkmiş şəxs Mehdi Abbasovun hüquqi varisi – atası Əmrah Abbasov övladının düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş Anar Əsgərov ifadəsində Ağdamda “sürpriz mina”nın partlaması nəticəsində yaralandığını qeyd edib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, sonradan minanın Ermənistanda istehsal edildiyi məlum olub.
Ruhid Hacəzadə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını diqqətə çatdırıb.
Ceyhun Qurbanov ifadəsində deyib ki, Ağdam rayonunun Şıxlar kəndində düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində yaralanıb. O, hadisə nəticəsində yaranmış nevroloji problemlərinin hələ də qaldığını, müalicəsinin davam etdiyini bildirib.
Əli Mikanayev ifadəsində Hadrutda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını vurğulayıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı ondan başqa daha 8 nəfərin xəsarət aldığını söyləyib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs Elman Süleymanov Şuşa rayonunun Xəlfəli kəndində qarşı tərəfdən açılmış atəşlər nəticəsində xəsarətlər aldığını qeyd edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Rəhman Quliyev Xocavənd istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması aldığını söyləyib.
Zərərçəkmiş şəxs Elmin Alıyev Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını deyib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Abduləli Qurbanov ifadəsində Ağdərədə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarətlər aldığını bildirib.
Kamran Cəbrayılov ifadəsində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını diqqətə çatdırıb.
Mehman Quliyev Şuşa şəhərində düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını deyib.
Zərərçəkmiş digər şəxslər Səbuhi Novruzlu, Zamin Cahangirzadə, Ceyhun Abbasov, Nicat Göyüşov və Eşqin Babazadə Ağdərədə, Hüseynalı Mehdiyev Xocalıda, Nurlan Məmmədov Ağdamda, Niyaməddin Allahverdiyev Füzulidə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər. N.Allahverdiyev müalicəsinin hələ də davam etdiyini söyləyib.
Nemət Məmmədov ifadəsində Ağdam rayonunun Sarıcalı kəndində düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralandığını vurğulayıb.
Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur./Azərtac
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM
-
"Fənərbağça" - "Roma" matçı: "qara bazar"da bilet satanlar saxlanılıb
Bugün, 00:26 İDMAN
-
Keçmiş baş nazir Ərdoğanı oğlunun toyuna dəvət etdi
Bugün, 00:19 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya
Bugün, 00:12 SİYASƏT
-
"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...
Bugün, 00:08 İDMAN
-
ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: iki oyunda qapılara 10 qol vuruldu
09.09.2026, 22:52 İDMAN
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
09.09.2026, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
09.09.2026, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
09.09.2026, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
09.09.2026, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
09.09.2026, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
09.09.2026, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
09.09.2026, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
09.09.2026, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
09.09.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
09.09.2026, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
09.09.2026, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
09.09.2026, 16:01 SİYASƏT
-
"Samsunspor"da ayrılıq olub
09.09.2026, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
09.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
09.09.2026, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
09.09.2026, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
09.09.2026, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
09.09.2026, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
09.09.2026, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
09.09.2026, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
09.09.2026, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
09.09.2026, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
09.09.2026, 13:18 SİYASƏT