Avropa çempionu qızıl medalını Azərbaycan Ordusu üçün hərrəca çıxardı

img

16-10-2020 [17:59]


Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. 9 illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir”.

Mia.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov deyib.

O, fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı hərraca çıxardığını açıqlayıb: “Bu gün hər birimiz Vətən və ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalı, büyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Silahlı Qüvvələrin zabiti kimi Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürməyə hazıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR